Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov iş başındadır

Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov iş başındadır. 

O, döyüş tapşırıqlarının uğurlu icrasının planlaşdırılması və təşkil edilməsində iştirak edir. 

Qeyd edək ki, son günlər ermənipərəst saytlarda Azərbaycan Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun döyüş əməliyyatlarının planlaşdırılması və idarəolunmasından uzaqlaşdırılması, hətta həbs olunması barədə məlumatlar yayılıb.

Amma Müdafiə Nazirliyinin yaydığı fotodan məlum olur ki, N.Sadıqov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ordunun digər rəhbər şəxsləri ilə birlikdə döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir.

Hamısını Göstər

Related Articles

Back to top button