Sinan Oğan:“O uğuru boğmaq istəyənlər var”

Zəngəzur dəhlizinə zərər vurmaq cəhdinin əleyhinəyəm. Qarabağda uğur qazanılıb, amma unutmaq olmaz ki, o uğuru boğmaq istəyən struktur var.

Polise.az xəbər verir ki, bu sözləri “Ata İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan deyib.

“Mən Qarabağda əldə olunan uğurun fərqindəyəm. Amma bunu yox etmək istəyənlər var”, – o bildirib.

Onun sözlərinə görə, Türkiyədə sabitlik Azərbaycan, Qazaxıstan, Türk dünyası, Turan üçün vacibdir: “Mən bir türk millətçisi olaraq HDP-nin tərəfini tutsam, özümü inkar etsəydim nə edərdim? HDP-nin “Kılıçdaroğlunu dəstəkləyirik” dediyi yerdə türk millətçisi olmayacaq. Mustafa Kamal Atatürkün masasında oturacaq prezidentin kürəyində heç vaxt HDP və ya PKK-nın kölgəsi olmayacaq, buna imkan verməyəcəyik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button