Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı adam vurdu

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Elektrik qatarının vurduğu şəxsin 2002-ci il təvəllüdlü Ağazadə Hacı Əmralı oğlu olduğu bildirilir.

Qatar bələdçisinin verdiyi məlumata görə, qatarın vurduğu şəxs ölüb. Hadisənin intihar olub-olmadığı hələ bilinmir

Qatar təxminən 30 dəqiqə gecikib və bununla digər qatarların hərəkətində də ləngiməyə səbəb olub.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.

Hamısını Göstər

Related Articles

Back to top button