Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin flaqman gəmisi ilə tanış olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryaya gedərkən ölkənin ən böyük hərbi gəmisi “TCG Anadolu”nu helikopterdən izləyib.

Anadolu Agentliyinin xəbərinə görə, dövlət başçısı flaqman gəmisi ilə tanış olması barədə Tvitterdə məlumat paylaşıb.

Qeyd edək ki, tikilməkdə olan gəminin uzunluğu 231, eni 32, hündürlüyü 58 metrdir. Gəmi çox sayda təyyarə, helikopter və PUA daşıya biləcək.

Hamısını Göstər

Related Articles

Back to top button