Ukrayna Belarusla diplomatik əlaqələri dayandırdı

Ukrayna Belarusla bütün diplomatik əlaqələri dayandırıb və yalnız Kiyev üçün siyasi və mənəvi itkiləri dayandırdıqda onları bərpa etməyə hazırdır.

Bu sözləru Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səsləndirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Euronews telekanalına verdiyi müsahibəsində bildirib ki, Lukaşenko təkrar seçki keçirməlidir.

“Güman edirəm ki, özümə və insanların seçiminə inamlıyam. Mən inamlı bir insanam. Hamını necə sakitləşdirə bilərəm? Mən deyərdim: “Bir aydan sonra yeni seçkilər olacaq. Onlara qatılacağam. Kim istəyir – iştirak etsin!. Mən bütün beynəlxalq müşahidəçiləri dəvət edərdim. İnsanlara deyərdim: “Zəhmət olmasa istədiyinizi seçin”. Və bu nəticələrdən sonra heç kimin sualı olmayacaq” deyib Zelenski.

Belarus Xarici İşlər Nazirliyi ukraynalıların qardaş bir xalq olduqlarını söyləyib:

“Bu çətin anda belaruslular məsləhət əvəzinə dəstək və anlayış gözləyir”.

Buna Ukrayna Xarici İşlər Nazirliyi belə cavab verib: “Ukraynadakı “Ləyaqət İnqilabı “təcrübəsi göstərdi ki, ictimai rəyə və dostların tövsiyələrinə məhəl qoymamaq və dəyənəklərin köməyi ilə yol açmaq yaxşı nəticəyə gətirib çıxarmır”.

İki gün sonra Aleksandr Lukaşenko bunu “diplomatik müharibə” adlandırıb.

“Bizə qarşı diplomatik qırğın başladı? Deyəsən başladı. Ən yüksək səviyyədə. Qonşular yorulmadan Belarusda təkrar seçkilərin keçiriləcəyini bəyan edirlər, işimizə qarşırlar. Bu, təkrar seçkilərə dair fikirləridir. Deməli onlar artıq açıq şəkildə Belarusa təzyiq göstərməyə başlayırlar. Diplomatik müharibə ortadadır ” deyib Lukaşenko.

Mənbə
konkret.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close