“Uşaqların sosial şəbəkələrdə hüquqlarının qorunması əsas istiqamətlərdəndir” – Səbinə Əliyeva

Uşaqların, xüsusilə sosial şəbəkə platformalarında hüquqlarının qorunması əsas fəaliyyət istiqamətlərindən biridir.
Polise.az xəbər verir ki,bunu Ombudsman Səbinə Əliyeva ARB24-ün müxbirinə açıqlamasında bildirib.
İnsan hüquqları üzrə müvəkkil qeyd edib ki, bu istiqamətdə genişmiqyaslı işlər aparılır.
“Bununla bağlı biz genişmiqyaslı işlər aparırıq. Uşaqların hüquqlarının qorunması, xüsusilə sosial şəbəkələrdə yaranmış təhlükələrdən gələcək nəsillərin qorunması fəaliyyətimizin əsas istiqamətlərindən biridir”, – deyə Səbinə Əliyeva bildirib.
Polise.az



