Vasif Talıbovun qardaşının yerinə təyinat
Naxçıvan Muxtar Respublikasına yeni prokuror müavini təyin olunub.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Sənan Paşayev Naxçıvan MR prokurorunun müavini təyin olunub.
S.Paşayev indiyədək Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən gün Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.