Xaçmazda əməliyyatlar zamanı 7 nəfər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında
şübhəli bilinən rayon sakini Xəyal Əliməmmədov saxlanılıb. Həmin şəxsdən narkotik vasitə olan
heroin aşkar olunaraq götürülüb.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri A.Teyyubov, M.Teyibov,
A.Bayramov və Quba rayon sakinləri X.Gülbalayev, C.Abdullayev, M.Hüseynov saxlanılıblar. Həmin
şəxslərdən narkotik vasitə olan heroin və marixuana aşkar aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Xəyal Əliməmmədovun
barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə
qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button