Zaqatalada narkotacirdən odlu silah götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat
zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah
saxlayan şəxs tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq
və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum
olunmuş Sərdar Atayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş
marixuana aşkar edilərək götürülüb.
Davam etdirlən tədbirlərlə saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib.
Həmin ünvandan isə 1 kiloqramdan artıq marixuana, eləcə də lüləsi və qundağı
kəsilmiş ov tüfəngi götürülüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-
əməliyyat tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button