Zaqatalada yol polisi gənclərlə görüşüb

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə rayonun Heydər Əliyev Mərkəzində  gənclərlə görüş keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, pandemiya qaydalarına uyğun şəkildə təşkil edilən görüşdə “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda gənclərə geniş məlumat verilib. Diskussiya şəklində keçirilən tədbirdə cari il ərzində ölkə, eləcə də rayon ərazisində piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close