Zohrabyan: “Azərbaycanda təxminən 250-dən çox hərbi əsirimiz var”

“Bakıda saxlanılan hərbçilərimiz üçün hər gün əsl cəhənnəmdir”

Bu sözləri “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zohrabyan deyib.

O vurğulayıb ki, “Soros xuntasının parlamentdəki nümayəndələri gizlətməyə çalışsa da, bu gün təxminən 250-dən çox hərbi əsirimiz var. Bizim faktiki səlahiyyətlərimiz olmadığından, düşünürəm ki, bu məsələ ilə məşğul olan bütün ictimai qurumlar və xarici təşkilatlar bütün səylərini birləşdirməlidirlər. Bir-birimizlə əməkdaşlıq etməli, əldə etdiyimiz məlumatların mübadiləsini aparmalı, oğlanlarımızı türk əsarətindən qurtarmaq üçün başqa hansı addımların atılacağını anlamağa çalışmalıyıq. Vaxtımız yoxdur”.

Hamısını Göstər

Related Articles

Back to top button