İsrail Ordusu: Artıq İrandan təhlükə yoxdur

İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.

Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.

“İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür”, – o deyib.

Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq:

“Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button