Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

“Polise.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X”dəki paylaşımında qeyd edib.

A.Hacızadə eyni zamanda vurğulayıb ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

“Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub”, – o bildirib.

A.Hacızadə qeyd edib ki, Mirzoyan beynəlxalq ictimaiyyəti çaşdırmaqdansa, Ermənistanın hərbi təcavüzü və 30 il ərzində Azərbaycan ərazilərinin işğalda olması ilə bağlı niyə səssiz qaldığını izah etsə, daha düzgün olardı:

“Beynəlxalq öhdəliklərinə baxmayaraq, Ermənistan 2023-cü ildə Azərbaycan onları ərazisindən çıxarana qədər 10 mindən çox silahlı qüvvələrini Azərbaycandan çıxarmaqdan niyə imtina etdi?

Bu qeyri-qanuni silahlı qüvvələr Ermənistanın dövlət büdcəsindən birbaşa hərbi-texniki, maddi-texniki və maliyyə dəstəyi hesabına təmin edilib, suveren Azərbaycan ərazisində separatizmi qızışdırmaq məqsədi güdüb”.

A.Hacızadə aydınlaşdırıb ki, nazirin “dinc” erməni sakinlərinə hücum kimi təqdim etməyə çalışdığı hər şey əslində, Azərbaycanın BMT Nizamnaməsində nəzərdə tutulmuş hüquqlarına tam uyğun olaraq, öz suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş erməni silahlı birləşmələrini tərksilah etmək üçün həyata keçirdiyi lokal antiterror tədbirləridir:

“Ermənistanın xarici işlər naziri Azərbaycan ərazilərini öz qərarı ilə tərk etmiş ermənilərlə bağlı sualı cavablandırarkən 1 milyondan çox azərbaycanlının Ermənistandan və Qarabağdan necə vəhşicəsinə, zorla qovulduğunu unudur. Ermənistan tərəfi bu cür təhlükəli taktikalardan əl çəkməli, ağıl və qanun yolunu seçməlidir. Öz imkanları xaricində olan istəklər üçün avantürizmə girişmək Ermənistanın mühakimə qabiliyyətinin uğursuzluğunu ortaya qoyur, bu, bölgəmizdə sülh və sabitliyə ən böyük maneədir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button