Danni Boss: Bakı Təşəbbüsü – Afrika ölkələrinin neokolonializmə qarşı birləşməsi üçün bir addımdır
Vaxtilə müstəmləkəçilikdən əziyyət çəkmiş Konqo Demokratik Respublikası bu gün Qərb ölkələri tərəfindən hökmranlığın yeni formaları ilə üzləşir.
Bu barədə “Report”a açıqlamasında “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Kinşasa Dünyəvilik Evinin prezidenti Danni Boss Sinqoma bildirib.
“Biz bir növ müstəmləkəçiliyə qayıtdıq, lakin artıq ayrı-ayrı ölkələr tərəfindən deyil, təbii sərvətlərimizi istismar etmək üçün bizə hakim olmağa çalışan bütün Qərb dövlətləri tərəfindən”, – o vurğulayıb. Onun sözlərinə görə, bu, mənəvi, intellektual, siyasi və iqtisadi cəhətdən hakim olmaq istəyidir.
Konqo nümayəndəsi Bakı Təşəbbüsünü yüksək qiymətləndirib. Onu Afrika ölkələrinin birləşməsi, təcrübə mübadiləsi və dekolonizasiyaya qarşı mübarizədə koalisiyanı gücləndirmək üçün yaxşı fürsət adlandırıb. D.Boss, neokolonializmə qarşı mübarizədə yeni yanaşmaların işlənib hazırlanması üçün Afrika gənclərinin və siyasi liderlərinin fəal səfərbər olunmasına çağırıb.
Polise.az