DİN: Ötən gün 2 avtomat silahı və 7 tüfəng təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Polise.az-a verilən məlumata görə, oktyabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 2 avtomat silahı, 2 tapança, 3 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 15 patron darağı və 1343 müxtəlif çaplı patron aşkar edərək patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.
Polise.az