Fransa Avropadakı nüfuzu naminə Kiyevi dəstəklədiyini açıqlayıb

Fransanın Ukraynaya dəstəyi altruizmə deyil, qitədə təhlükəsizliyi təmin etmək qabiliyyəti baxımından Parisin Avropadakı nüfuzunu saxlamaq istəyinə əsaslanır.

Polise.az xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nazir-nümayəndəsi Benjamin Addad “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.

“Biz Ukraynanı altruizmə görə dəstəkləmirik. Biz milli və təhlükəsizlik maraqlarımızı qoruyuruq. Sabah Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, bu, bütün dünyada enerji, ərzaq və kənd təsərrüfatı mallarının qiymətinə birbaşa təsir edəcək. Yenə də bu, Avropadakı müdafiə etibarımıza təsir edəcək”-deyə, o bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsi zamanı təkcə Şərqi Avropa ölkələrinin təhlükəsizliyi məsələsi həll olunmur, həm də onun avropalı tərəfdaşları, xüsusən də Rusiya təhlükəsinə daha çox məruz qalanlar tərəfindən Fransaya inam yaranır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button