Keşiş Baqratdan növbəti sərsəm iddialar

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının iştirakçıları Konstitusiya Məhkəməsinin Azərbaycanla delimitasiya komissiyalarının nizamnaməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq Konstitusiya Məhkəməsinə yürüş təşəbbüsü ilə çıxış ediblər.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Ermənistan Konstitusiya Məhkəməsi faktiki olaraq Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinadın hüquqi qüvvəyə malik olmadığını tanıyıb.

Arxiyepiskop Konstitusiya Məhkəməsinin hakimlərini aksiya iştirakçılarının yanına gələrək qərarı izah etməyə çağırıb. Qalstanyanın sözlərinə görə, hakimiyyət bütün strukturların – Konstitusiya Məhkəməsinin, prokurorluğun, polisin, hətta hakim “Mülki müqavilə”nin də ölkədə baş verənlərə ortaq olmasını istəyir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button