Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir

Azərbaycanın COP29-a ev sahibliyi etməsi tarixi hadisədir. Artıq bir müddətdir Azərbaycan höküməti bu tədbirə yüksək səviyyədə hazırlaşır.

Bunu Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri (2001-2002-ci illər) Zlatko Laqumdzija “Report”un ABŞ bürosuna açıqlamasında deyib.

Diplomat vurğulayıb ki, COP29-un əsas məsələlərindən biri iqlim dəyişikliyinin maliyyəsidir və bu mövzuda Azərbaycandan çox böyük gözləntilər var:

“Ötən müddət ərzində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayevin rəhbərliyi altında uğurlu danışıqların və görüşlərin keçirilməsi diqqətəlayiqdir. Əminik ki, Azərbaycanın Sədrliyində keçirilən COP-da iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli irəliləyişlər olacaq”.

Z.Laqumdzija qeyd edib ki, COP29-un mövzusu çox genişdir və fərqli təşəbbüslər zəngindir: “Səhiyyə, təhsil, innovasiya, elm, texnologiya, iqlim dəyişikliyinə qadınların cəlb olunması, gender məsələləri və digər mövzular müzakirə edilir. Bu sahələrdə aparılan paralel danışıqlar COP29-da vahid bir platformada birləşəcək. Hər bir təşəbbüsün uğurlu nəticələrini analiz etmək vacibdir. COP29-u digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri daha çox maraqlı tərəflərin iştirak etməsidir. Müxtəlif qeyri-hökumət təşkilatları, biznes ictimaiyyəti və digər bir sıra qurumlar bu tədbirdə təmsil olunacaq. Artıq yüzdən çox ölkə lideri və dövlət nümayəndələrinin COP29-a qatılacağı məlumdur. Hər kəs anlayır ki, əgər iqlim dəyişikliyinə qarşı təcili addımlar atılmasa, nəticələri çox ağır olacaq və bütün sektorlar bu təsirin altına alacaq”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button