Harris: Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm

“Baydenin yerinə prezident olsam, ondan fərqli heç nə etmərəm”.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ-da prezidentliyə namizəd Kamala Harris ABC-də yayımlanan “The View” verilişində deyib. “Mən müəyyən təsirə malik qərarların əksəriyyətində iştirak etmişəm”, – deyə o bildirib.

Harris ABŞ lideri Cozef Baydenin iyulda prezident seçkiləri marafonundan çəkilməsini öyrəndikdən sonra ilk işinin keşişə zəng etmək olduğunu deyib. “Mənə Allahla danışmaq və dua etmək lazım idi”,- deyə Harris əlavə edib.

Qeyd edək ki ötən gün CBS telekanalı Harrisin “60 dəqiqə” verilişində müsahibəsini yayımlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button