Sultan Əl-Cabir: COP29 ərəfəsində Azərbaycan hökumətinə və xalqına uğurlar arzulayırıq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) COP29 ərəfəsində Azərbaycan hökumətinə və xalqına uğurlar arzulayır.

“Polise.az” xəbər verir ki, bunu COP28-in prezidenti Sultan Əl Cabir Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışında deyib.

Əl-Cabir qeyd edib ki, beynəlxalq ictimaiyyət ötən il Dubayda əldə edilmiş uğuru bu ilki COP29-da inkişaf etdirməlidir: “Gəlin yenidən birləşək, hərəkət edək və nəticələr qazanaq. Nail olduğumuz şeylərdən geri çəkilmək haqqımız yoxdur”.

COP28 prezidentinin sözlərinə görə, qarşıdan gələn COP29-da maliyyələşdirmə məsələləri müzakirə edilməlidir: “Maliyyə ən vacib məsələdir, BƏƏ konsensusunun təməl daşı idi. COP29-da Yeni Kollektiv Kəmiyyət Məqsədi BƏƏ konsensusunun həyata keçirilməsi üçün vəsait təmin etməlidir. Razılaşdığımız həcm problemlərin miqyasına uyğun olmalıdır”, – o bildirib.

O vurğulayıb ki, bu vəsaitlər ən həssas əhali təbəqələrinin dəstəklənməsinə yönəldilməlidir ki, onların iqlim dəyişikliklərinə davamlılığı təmin edilsin və nəticələrlə mübarizədə kömək göstərilsin.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button