Putinlə Pezeşkian Aşqabadda görüşdü – VİDEO

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında Aşqabadda danışıqlar olub.

Məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, bu, Məsud Pezeşkian seçiləndən sonra prezidentlər arasında ilk əyani görüşdür.

Qeyd edək ki, Türkmənistanın paytaxtı Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forum keçirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button