İsrailə və Azərbaycana qarşı HÜCUM – ŞOK PLAN

Siyasi şərhçilər Ermənistanın Fələstinlə anlaşmasının arxasındakı məram və məqsəddən danışdılar

Ermənistan hökuməti İsraillə İran arasındakı münaqişədə də Tehranın tərəfini tutub. Belə ki, ötən həftə Ermənistan və Fələstin diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıb. Müvafiq kommünike Nyu-Yorkda xarici işlər naziri Ararat Mirzoyan ilə Fələstinin baş naziri Məhəmməd Mustafa arasında keçirilən görüşdə imzalanıb.

Ayna.az mövzu ilə bağlı şərhində yazır ki, burada İsrail və Azərbaycana “cavab vermək” cəhdinin olduğu açıq-aydın görünür. Ancaq bu, hamısı deyil: “Demək olar ki, bütün erməni KİV-ləri İsrail əleyhinə kəskin yazılar dərc edir. Xüsusilə “Armenian Report” çox bəlağətli başlıqlı “İsrailin bombalanmasına razıyam” məqaləsi dərc edib. Mətnin müəllifi İsrailin məruz qaldığı raket hücumlarına açıq şəkildə sevinir. Bütün məqalə sözün əsl mənasında bu alçaq erməni sevinci ilə doludur. “Azərbaycan “artsax”ın mülki əhalisini öldürəndə, etnik təmizləmə törədəndə, Ermənistan ərazisinə İsrail silahları ilə keçərkən Təl-Əviv Bakını dəstəklədi”, – deyə məqalənin müəllifi öz fantaziyasını işə salır. “Hazırda Bakı və Təl-Əvivdə qaynar başları soyutduğu üçün” müəllif İrana minnətdarlığını bildirir.

Məqalə müəllifi daha sonra SEPAH rəhbərinin siyasi məsələlər üzrə müavini Sərdar Yadollah Cavaninin sözlərindən sitat gətirir: “Zəngəzur dəhlizi və İsrailin Bakıdakı mövcudluğu ilə bağlı biz ali dini rəhbərin göstərişlərinə əməl edirik və ölkənin milli maraqlarını qorumaq üçün bir an da tərəddüd etməyəcəyik”.

Yada salaq ki, 1993-2007-ci illər ərzində İsrail Ermənistanda Gürcüstandakı səfirliyi vasitəsilə təmsil olunurdu, sonra isə İrəvanda diplomatik nümayəndəlik yaradıldı. 2020-ci ildə Ermənistan İsraildə səfirlik açdı, buna qədər fəxri konsulluq da vardı. Hər iki diplomat İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət də edib. Ermənistan bu ilin yayında Fələstinin müstəqilliyini tanıdıqdan sonra Tel-Əvivdəki səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılmışdı. Göründüyü kimi, Ermənistan heç bir halda etibarlı müttəfiq sayıla bilməz və İsrailə qarşı xain planın olduğunu bu, bir daha sübut edir. Ekspertlərin mövzu ilə bağlı maraqlı şərhləri var.

AbzasMedia - Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün vacibdir"

 Qafar Çaxmaqlı

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Ermənistan dünyada gedən proseslərin onun xeyrinə dəyişməsini gözləyir və hesablayır: “Fələstinin tanınması ilə bağlı ötən dönəmdə verdiyi qərar ona hesablanmışdı ki, İranın Zəngəzur dəhlizi məsələsində dəstəyini alsın. İranın “qırmızı xətt”i uzun müddət Ermənistanın işinə yaradı. İndi həmin siyasətini davam etdirmək üçün İsrailə qarşı siyasi mövqe sərgiləyir. Məhz bu səbəbdən Fələstinin baş naziri ilə hansısa kommünike imzaladı”. Q.Çaxmaqlının fikrincə, yazılan məqalələrdən də aydın görünür ki, Azərbaycanı İranın gözündə İsrailin müttəfiqi kimi qələmə versinlər: “Eskalasiyanın genişləndiyi durumunda İranın Azərbaycanda guya “İsrailə aid hərbi məkanlar”ın  vurulmasına gətirib çıxarsın. Məlumdur ki, İsrailin Azərbaycanda heç bir hərbi təsisi yoxdur, bunu İranda çox yaxşı bilirlər. Amma Ermənistan belə bir rəy yaratmaq istəyir ki, İsrail Azərbaycanda İrana qarşı hansısa hərbi hazırlıq görür. Ermənistanda İsrailə qarşı və İranın lehinə  yazıların hamısında Azərbaycan qırmızı xətt kimi keçir”. Politoloq hesab edir ki, Ermənistanın dərdi nə İrandır, nə də İsrail: “Onun dərdi bizimlədir. İsrail heç bir siyasi məsələdə Azərbaycanın müttəfiqi olmayıb, sadəcə, silah almışıq və hərbi əməkdaşlıq sahəsində partnyorumuzdur. Bu isə beynəlxalq normalara görə məqbul sayılır. Azərbaycan İranın qarşısında da yer almamışdır və ermənilərin iddia etdiyi kimi, günahsız insanların öldürülməsinə, hər cür zülmə qarşıdır. Ədalət tərəfdarı kimi çıxış edir. Bunun belə olduğunu ermənilər özləri də son illərdə şahid olmuşlar”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, İsrailin Yaxın Şərqdə İranın proksi qüvvələrinə qarşı keçirdiyi hərbi əməliyyatlar ABŞ-ın birbaşa razılığı və təlimatı ilə həyata keçirilir: “Bu, İrana qarşı cəbhədir və Tehranın Yaxın Şərqdə geosiyasi mövqelərinin zəiflədilməsinə hesablanıb. Ermənistanla İsrail arasında diplomatik əlaqələr var. Paralel olaraq da İranla Ermənistan strateji tərəfdaşdır. İsrail məhz bu kontekstdə İrəvana güvənmir. Ermənistan rəhbərliyi çalışdı ki, İsraillə əlaqələri inkişaf etdirsin. Qarşılıqlı səfərlər oldu. Amma Ermənistan yenidən İsrailə xəyanət etdi və İranı hazırkı siyasi proseslərdə dəstəkləyir”. M.Əsədullazadə bildirdi ki, Ermənistan özünü ABŞ və Qərbin müttəfiqi hesab edir: “Amma ABŞ və Qərbə qarşı İranla eyni cəbhədədir. Göründüyü kimi, Ermənistan ABŞ-la əməkdaşlıq fonunda onun Yaxın Şərqdə əsas strateji müttəfiqi İsrailə qarşı İranla eyni cəbhədə yer alır. Vaşinqton bu prosesdə Ermənistanın siyasətinə etiraz etmir. Amma Ermənistana görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çalışır. Ermənistan İranla ABŞ və müttəfiqlərinə qarşı Yaxın Şərqdə eyni siyasi cəbhədə yer alır. Bu onu göstərir ki, Ermənistan etimad edilən ölkə deyil. Azərbaycan da Ermənistanın məhz bu siyasətinə görə Aralıq sülh müqaviləsi bağlamır. Yekun sülh müqaviləsində maraqlıdır. İsrail Ermənistana ciddi şəkildə öz mövqeyini bildirməlidir. Və siyasətinə yenidən baxmalıdır”.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL) - TurkicWorld

İlyas Hüseynov 

STM-in sektor müdiri, politoloq İlyas Hüseynov isə bu fikirdədir ki, Ermənistanda hər zaman Azərbaycana qarşı nifrət olduğu kimi, bizim tərəfdaş və müttəfiqlərimizə qarşı da düşmənçilik daim mövcud olub: “Yaxın Şərqdə müharibə başlayan kimi Ermənistanın Azərbaycana qarşı revanş planları olub. Hətta İsrailin özünün silaha ehtiyacının olması ehtimalı ilə, hücum planları haqqında da düşüncələr Ermənistanın hərbi-siyasi elitasını tərk etməyib. Bunun ardınca, Azərbaycana İsrail hərbi təyyarəsinin eniş etməsi Ermənistanı reallıq hissinə qaytardı. Dərhal erməni ekspertlər və siyasi dairələr ritorikanı dəyişməyə məcbur oldular. İranın İsrail ərazisinə aprelin 13-də və oktyabrın 1-də hücumu da Ermənistanda böyük hadisə kimi qarşılandı”.

İ.Hüseynov xatırlatdı ki, Ermənistanda İsrailə qarşı düşmənçilik əhval-ruhiyyəsi bu gün də özünü göstərməkdədir: “Antisemisizm, faşizmin tərəfdarlarına heykəl ucaltmaq, onları qəhrəmanlaşdırmaq Ermənistanda uzun müddətdir davam edir və yenilik hesab olunmur. İsrail faktonu gündəmə gətirərək Azərbaycan və İranı üzə-üzə qoymaq üçün rəsmi İrəvan əlindən gələni edir və sosial şəbəkələrdə də bu cür hibrid texnologiyalardan istifadə olunur. Buna görə də Bakıda və Təl-Əvivdə Ermənistanın əsl simasını göstərmək üçün geniş fəaliyyət icra olunmalı və bu xüsusda çoxsaylı məsləhətləşmələr həyata keçirilməlidir”. “Yeni Müsavat”

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button