SEPAH generalı ilə bağlı SENSASİON İDDİA – “İsrail casusudur”

“SEPAH-ın Qüds qanadının komandiri İsmayıl Qaani İsrailə casusluq edib”.

Musavat.com “Azad İrana istinadən xəbər verir ki, bunu Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmmədəli əl-Hüseyni “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“İsmayıl Qaani müqavimətə xəyanət edən, Həsən Nəsrullahdan Qasım Süleymaniyə, İsmayıl Həniyə və digərlərinə qədər onun yanında olanların hamısını satan bir sionist casusdur”, – deyə əl-Hüseyni vurğulayıb.

O, bundan əvvəl Həsən Nəsrullaha xəbərdarlıq edərək, onun İran tərəfindən satıldığını və öldürüləcəyini dedikdən bir neçə gün sonra “Hizbullah” lideri öldürülüb.

Qeyd edək ki, 27 sentyabrda İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələrindən sonra İsmayıl Qaani ilə əlaqə kəsilib. Bəzi mənbələr onun zərbələr nəticəsində öldürüldüyünü, digərləri isə İranda ev dustağı olduğunu, Nəsrullahın öldürülməsinə görə dindirildiyini bildirsələr də, bunların heç biri rəsmi təsdiqini tapmayıb.

“Sky News Arabia” İran mənbələrinə istinadən yazıb ki, SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani infart keçirib və xəstəxanaya aparılıb.

Məlumata görə, bu, “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsmayıl Qaaninin İsraillə əlaqəsi şübhəsi ilə bağlı aparılan istintaq çərçivəsində onun dindirilməsi zamanı baş verib.

Xəbər agentliyi qeyd edib ki, Qaani İsrailin Beyruta hücumlarında yaralanmayıb və hazırda İranın ali rəhbəri Əli Xameneyinin yaxın adamlarının nəzarəti altındadır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button