Ərdoğan: Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər

Türkiyə hökumətində müəyyən dəyişikliklər ola bilər.

“Polise.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya və Serbiyadan qayıdarkən jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) proqramına müntəzəm dəyişikliklər edilir:

“Bununla yanaşı, idarəetmə mexanizmlərində və partiya daxilində də bəzi dəyişikliklər ola bilər. Həmçinin partiyanın sədr müavinləri arasında da dəyişikliyin olması mümkündür. Yeni dönəmdə sədr müavinlərinin fəaliyyəti ilə yanaşı, hökumətin də işinə yönəlik qiymətləndirmələr aparacacağıq. Hökumət kabinəsində də bəzi dəyişikliklər ola bilər”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button