COP29 şantajı keçmədi: Bakı terrorçulara azadlıq istəyənlərin ağzından belə vurdu!

COP29 qlobal iqlim sammitinə bir aydan da az vaxt qalır. Ali tədbirin Azərbaycanda reallaşmasını bizə heç cür bağışlaya bilməyən məlum məkrli və düşmən çevrələr isə Bakıya təzyiq üçün əməlli-başlı hərəkətə keçiblər. Sanki əllərinə fürsət düşüb. Ələlxüsus erməni lobbisi və onun bəslədiyi qüvvələr, yüksək çinli məmurlar tədbir yaxınlaşdıqca özlərinə əl qatmağa, boykota çağırışlar etməyə başlayıblar.

Qarınlarının əsas ağrısı da məlum: Qarabağdakı keçmiş xunta rejiminin hərbi-siyasi rəhbərliyini “hərbi əsirlər” kimi təqdim edərək, Bakının onları azad eləməsinə nail olmaq. Gəl ki, erməni hərbi cinayətkarların həbs müddəti dünən növbəti dəfə uzadılıb. Gözlənildiyi kimi, erməni radikal revanşist ünsürlər və onların havadarları bu qərardan bərk dilxor olublar.

Məntiqlidir. Onlara elə gəlirdi ki, Azərbaycan COP29 ərəfəsi şantaj və təzyiqlərə dözməyəcək, dünyaya mələk kimi sırımaq istədikləri separatçı quldurların, dövlətimizə meydan oxumuş, hazırda isə paytaxt təcridxanasında quzuya dönmüş banditlərin məsələsində yumşalacaq.

Fəqət, bizi yenə “banan ölkə”lərlə səhv salıb yanıldılar. Növbəti dəfə fiaskoya uğradılar. Rüsvay və iflas oldular. Kobud ifadə eləsək, “it hürər karvan keçər” (bu qiyməti onlar çoxdan haqq edib)…

Məhkəmənin dünənki qərarı isə ilk növbədə o deməkdir ki, bu terrorçular COP29-dan sonra da içəridə qalacaq və məhkəmələri mütləq axıra çatdırılacaq. Bəs bunca təzyiqlərə rəğmən, erməni separatçı kriminal dəstənin öz layiqli cəzalarına çatdırılması bizə nə üçün, nəyin naminə lazımdır?

Əlbəttə ki, ən əvvəl ədalətin bərpası üçün. “Haqq nazilər, amma üzülməz” ilahi gerçəyini, şəhidlərimizin, günahsız qurbanlarlımızın ahının yerdə qalmadığını Qərbin bəzi məkrli çevrələrinə və mərkəzlərinə nümayiş etdirmək, gözlərinə soxmaq üçün.

İkincisi, erməni lobbisinə bağlı həmin çevrələrə və paytaxtlara, erməni separatizminə əyani dərs vermək üçün. Yəni nə vaxtsa təzədən bu niyyətlə düşsələr, baş qaldırsalar, eyni aqibəti yaşayacaqlar.

Üçüncüsü, Azərbaycan dövlətinin gücünü göstərmək, bölgədə onunla hesablaşmağın alternativi qalmadığını Fransa daxil, özündən razı Qərbin nəzərinə çatdırmaqdan ötrü…

Yada salmaq yerinə düşər, Avropa Parlamentinin son bir ildə qəbul etdiyi anti-Azərbaycan qətnaməsində erməni cinayətkarlar həyasızcasına hətta siyasi məhbus kimi qələmə verilir və onlara azadlıq tələb olunur. Belə bir qələti heç Ermənistan parlamenti də etməyib. Əksinə, baş nazir Nikol Paşinyan az öncə dolyasıyla, məsələn, Ruben Vardanyanın həbsinə haqq qazandırmışdı.

Yəni kollektiv Qərbin mühüm siyasi strukturlarından olan Avroparlament Ermənistan parlamentindən də artıq ermənilik eşqinə düşərək, dağıdıcı separatizmi nəinki şirnikləndirir, dəridən-qabıqdan çıxaraq, ona de-fakto “ikinci nəfəs” verməyə çalışır. Çünki az qala uşağa da aydındır ki, separatçı baş kəsənlər cəza almadan, islah olunmadan, uzun müddətə həbsdə yatmadan azadlığa çıxarsa, dərhal köhnə əməllərinə davam edəcəklər.

Maraqlıdır, görəsən, Avropa İttifaqı, xüsusən də onun Fransa, Niderland kimi üzvləri niyə eyni lütfkarlığı Abxaziya, Krım, Donbas, Cənubi Osetiya, Dnestryanı separatçılara göstərmir? Biz cavabı bilirik. Daha artığını bilirik… Musavat.com

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button