Üçüncü Dünya müharibəsi başlaya bilər

ABŞ prezidentliyinə namizəd Donald Tramp Kaliforniyada tərəfdarları ilə keçirdiyi mitinqində sensasion çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp Üçüncü Dünya müharibəsinin yaxın aylarda başlaya biləcəyini bildirib.

Onun sözlərinə görə, savaşın yaxın aylarda başlama ehtimalı yüksəkdir.

Prezidentliyə namizəd bunu Amerika Birləşmiş Ştatları hökumətinin ehtiyatsız siyasəti ilə əlaqələndirib.

“Narahatlığım ondan ibarətdir ki, hökumətdəki insanlara görə qarşıdakı 3-4 ay ərzində Üçüncü Dünya müharibəsinin baş verməsinin şahidi olacağıq”, – o qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button