İsrail Quterreşlə bağlı qərarından geri dönməyəcək
İsrailin xarici işlər naziri İsrael Katz BMT baş katibi Antonio Quterreşi persona non qrata elan etmək qərarını ləğv etmək niyyətində olmadığını açıqlayıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, israilli nazir bunu “X” sosial şəbəkəsində deyib.
“Sorğu göstərdi ki, İsrail əhalisinin 87 faizi bu qərarı dəstəkləyir. Quterreş BMT üzvlərindən dəstək üçün imza toplamaq cəhdini davam etdirə bilər, lakin qərar dəyişdirilməyəcək”, – deyə o yazıb.
Nazirin sözlərinə görə, beynəlxalq təşkilatın baş katibi İranın İsrailə raket hücumlarını pisləməkdən imtina etdiyi üçün persona non-qrata elan edilib .
Polise.az