İran təşvişdə: “Qisas alınacaq, artıq Xameneyi də…”

İranın xarici işlər naziri Abbas Əraqçi ötən həftəsonu bir sıra xarici həmkarlarına göndərdiyi məktuba bildirib ki, İsraili dayandırmaq üçün kollektiv diplomatik səylərə ehtiyac var. Dünya mediası Tehrandakı hazırkı əhval-ruhiyyəni şərh edərkən, İranın əsəb və narahatlıq keçirdiyini yazır. İran oktyabrın 1-də İsrailə raket hücumuna cavab gözləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazır.

“Əgər iranlılar həqiqətən də əsəbidirlərsə, bu, İsrail üçün yaxşı bir işarə ola bilər. ABŞ İranın hücumuna planlaşdırılan cavabı ilə bağlı İsraillə müzakirələr aparır. Vaşinqton İranın nüvə və neft obyektlərini hədəfə almamaq barədə xəbərdarlıq edir”, – məlumatda deyilir.

Nəşr bildirir ki, İsrailin İranın nüvə obyektlərinə hücumu gözlənilmir, diqqət müxtəlif hərbi bazalar və kəşfiyyat hədəflərinə yönələcək:

“Tehranın əsəbi olması üçün yaxşı səbəbi var. İranın İsraillə həmsərhəd olan iki etibarlı təmilçisi öldürücü zəbə alıb. Apreldə İsrailə qarşı ilk hücumdan sonra, iyulda HƏMAS lideri İsmayıl Həniyə, sentyabrda isə “Hizbullah” lideri Həsən Nəsrullah öldürülüb”.

YP yazır ki, İsrailin mümkün hücumundan əvvəl İranın dini Əli Xameneyinin təhlükəsizliyi gücləndirildi: “İranın dini lideri hazırda vaxtını bunkerdə keçirir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button