Gürcüstan parlamentinin deputatı: Azərbaycanla münasibətlər digər ölkələr üçün nümunədir

Gürcüstan və Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə rəhbərlərinin bəyanatlarında da bu aydın görünür.

Bu sözləri Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib.

Onun sözlərinə görə, dövlət və hökumət başçılarının birgə səyləri nəticəsində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:

“Düşünürəm ki, məhz “Gürcü Arzusu” partiyası hakimiyyətdə olduğu dövrdə Azərbaycanla ikitərəfli münasibətlər daha da inkişaf edib və möhkəmlənib. Hakim partiyanın nümayəndəsi, parlamentlərarası dostluq qrupunun üzvü olaraq görürəm ki, bütün sahələrdə əlaqələrin inkişafı üçün səylər göstərilir”.

Deputat, həmçinin bildirib ki, Gürcüstan əhalisi hakim partiyanın siyasi kursunu yaxşı bilir: “Hər kəs yaxşı bilir ki, bizim əsas məqsədimiz ölkədə sülhün qorunub saxlanılması və ölkəni inkişaf etdirməkdir”.

“Artıq 12 ildir ki, Gürcüstan xalqının mandatını qazanırıq. Ümidvaram ki, oktyabrın 26-da da yüksək faizlə xalqın dəstəyini yenidən qazanacağıq. Aparılan sosioloji sorğuların ilkin nəticələri bu inamı daha da artırır”, – S.Mirzəyev qeyd edib.

O vurğulayıb ki, bir neçə aydır Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə şərait yaratmağa çalışır: “Onlar ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayiş pozulsun. Amma buna nail ola bilməyəcəklər”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button