Tramp Putini Moskvanı vurmaqla hədələdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə bağlı Moskvanın mərkəzinə vurmaqla hədələyib.

Musavat.com xəbər verir ki, bu barədə o, 20 oktyabrda “The Wall Street Journal” nəşrinin redaksiya heyəti ilə görüşdə deyib.

Trampın sözlərinə görə, o, Putinlə olan söhbətində Rusiyanın Ukraynanı təqib etməsi halında ona ciddi zərbə endirəcəyini bildirib. “Vladimir, əgər Ukraynanı təqib etsən, səni elə vuracam ki, inanmayacaqsan. Birbaşa Moskvanın mərkəzinə zərbə endirəcəyəm,” – deyə Tramp həmin söhbəti xatırladıb.

Keçmiş prezident əlavə edib ki, o, Putinlə yaxşı münasibətlərinin olduğunu və bu addımı atmaq istəmədiyini vurğulasa da, belə bir vəziyyətdə “seçim imkanı” qalmayacağını bildirib.

Söhbətin nə vaxt və hansı şəraitdə baş tutduğu barədə isə Tramp əlavə məlumat verməyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button