Bakının DYP İdarəsi yağışın törətdiyi fəsadlarla bağlı müraciət yayıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.

“Poloise.az” xəbər verir ki, idarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.

“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu “Komsomol dairəsi” və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.

Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basdığını bildirmişdi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button