Təxribatçı Baqrat: Bu gün kollektiv günahın təməli qoyulur
Ermənistanın əraziləri(Azərbaycanın qanuni torpaqları-red.) təslim edildi, bundan sonra iş əsasnaməsi yaradıldı.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə oktyabrın 22-də erməni təxribatçı keşiş Baqrat Qalstanyan məlumat verib.
“Azərbaycanın tələbi ilə Ermənistanın, xüsusən də “Tavuş bölgəsindəki ərazilər” heç bir əsas olmadan təslim edilib. Bununla bağlı qurulan komissiyanın reqlamentinin ratifikasiyası prosesi göstərir ki, Tavuşda baş verənlər anti-dövlət, antikonstitusiya və antimilli cinayətdir. Bütün sənədləri bir nəfər imzalayıb, amma bu gün kollektiv günahın əsası qoyulur. Komissiya reqlamenti Konstitusiya Məhkəməsindən keçib, indid də parlamentdə qəbul olunur, yəni bu adam (Paşinyanı nəzərdə tutur-red.) günahı hamının üzərinə atır. Əvvəlcə Konstitusiya Məhkəməsinin hakimləri, sonra parlamentdəki fraksiya, daha sonra dolayı yolla – bu partiyaya səs verən bütün ermənilər”, – deyə Qalstanyan qeyd edib.
Polise.az