AMB: Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

Azərbaycanda ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir.

“Polise.az “ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və Kibertəhlükəsizlik Departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər” mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Bununla belə, o deyib ki, son vaxtlar banklara qarşı kiberhücumların sayı azalıb: “Banklar dayanıqlı kibertəhlükəsizliyi təmin edib. Ümumiyyətlə, maliyyə institutları kibertəhlükəsizlik üzərində qurulub. İlk olaraq biz aktivlərimizin nə olduğunu bilməli, nəyi qoruduğumuzu anlamalıyıq – məlumatlar və onların dəyəri. İkinci olaraq isə bu aktivlərin mühafizəsi təmin edilməlidir,” – deyə E. Eyvazlı vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button