İrana xəbərdarlıq: “Görürük, vura bilərik”
Bir gecədə İrana hücumda məqsədlərə uğurla nail olunub.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin sözçüsü kontr-admiral Daniel Haqari deyib.
“Cavab zərbələri başa çatıb və məqsədə nail olunub”, – admiral bildirib.
Haqari qeyd edib ki, artıq İsrailin İranda da daha geniş fəaliyyət azadlığı var:
“İran İsrailə iki dəfə zərbə endirib və bunun əvəzini ödəyib. Biz Qəzza və Livandakı müharibənin məqsədlərinə yönəlmişik. Geniş regional eskalasiyaya təkan verməyə davam edən İrandır”.
Polise.az