Amerikalı səyyah: Qarabağın arxitekturası valehedicidir
Beynəlxalq səyyahlar qrupunun tərkibində Qarabağa səfər edən amerikalı səyyah Felisiya Bono burada həyata keçirilən tikinti işlərinin miqyasına və yerli arxitekturanın gözəlliyinə heyran olub.
“Polise.az” xəbər verir ki, o, bu barədə jurnalistlərə Şuşa şəhərinə səfəri zamanı bildirib.
“Qarabağ bu yerlər üçün ənənəvi olan memarlıq üslubunda bərpa olunur. Bu, çox gözəldir”, – F.Bono qeyd edib.
Səyyah gələcəkdə Qarabağa gəlməkdən şad olacağını vurğulayıb.
“Hər dəfə bu yer haqqında yeni bir şey öyrənirik, mən məmnuniyyətlə yenidən bura gələcəyəm”, – o vurğulayıb.
Polise.az