16 yaşlı qız və yeznəsi ÖLDÜ – Şəmkirdə ailə faciəsi
Şəmkirdə iki nəfəri cərəyan vuraraq öldürüb.
Hadisə rayonun Düyərli kəndində qeydə alınıb.
Kənd sakini 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu Hümbətov ərazidə iş görən zaman ehtiyatsızlıqdan onları elektirk cərəyanı vuraraq öldürüb.
Hadisə yerinə hüquq – mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polise.az