Latviya Prezidenti COP29-a gələcək

Latviya Prezidenti Edqars Rinkeviçs noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirakını təsdiqləyib.

Bunu “Report”a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

“Latviya Prezidenti Edqars Rinkeviçs COP29-da iştirakını təsdiqləyib. Bakıya nümayəndə heyəti ilə gələcək Prezident rəsmi açılışda və bütün əsas COP tədbirlərində iştirak edəcək”, – səfir bildirib.

Onun sözlərinə görə, ümumilikdə Latviya iqlim konfransında geniş şəkildə təmsil olunacaq. O cümlədən, kənd təsərrüfatı nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub. Digər nazirlərin və biznes-nümayəndə heyətlərinin də iştirakı mümkündür.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-22 tarixlərində Bakıda keçiriləcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button