General-leytenantdan COP29 AÇIQLAMASI
“Dövlət Sərhəd Xidməti COP29 tədbiri üçün qarşıya qoyulan bütün vəzifə və tapşırıqları yerinə yetirməyə tam hazırdır. Artıq COP29-la bağlı hazırlıq işləri başa çatdırılıb”.
Musavat.com xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyev media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.
Onun sözlərinə görə, texniki təchizat məsələləri yekunlaşıb:
“Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tam hazırdır. Bununla əlaqədar 28 oktyabr 2024-cü ildə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında vəziyyətlə yerində tanış olub. Tədbirin keçirilməsi ərəfəsində sərhəd nəzarətinin komandanlığının rəhbər heyəti ilə xidməti müşavirə keçirilib. Aidiyyəti üzrə tapşırıqlar verilib.
Polise.az