İki istiqamətdə hücum: İran planını açıqladı
İran ordusu İsrailə qarşı genişmiqyaslı hücuma hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.
“İran 26 oktyabr hava hücumuna daha güclü döyüş başlıqları və digər silahların iştirakı ilə genişmiqyaslı cavab hazırlayır”, – ABŞ nəşrinin mənbələri deyirlər.
Mənbə qeyd edir ki, Tehran təkcə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yox, nizami ordu birliklərindən də istifadə edəcək.
WSJ-nin həmsöhbətlərindən birinin sözlərinə görə, İran birbaşa, o cümlədən İraq ərazisindən İsrailin hərbi obyektlərini hədəfə almağa hazırlaşır.
“Tehran bu dəfə addımlarını raket və PUA-larla məhdudlaşdırmayacaq”, – məqalədə vurğulanır.
Gözlənilən vaxta gəlincə, İran rəsmilərinin fikrincə, cavab noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra, yaxud yanvarda yeni prezidentin andiçmə mərasimindən əvvəl olacaq.
Polise.az