Dəhlizlə bağlı şərtlər dəyişdi
Ermənistan və Azərbaycan arasında sadələşdirilmiş gömrük və tranzit prosedurları daşınan yüklər haqqında məlumat mübadiləsini nəzərdə tuta bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan deyib.
“Ölkələrin əvvəlcədən mübadilə edə biləcəyi çoxlu məlumatlar olur. Məsələn, Gürcüstanla belə bir təcrübəmiz var. Biz öz ixrac məlumatlarımızı əvvəlcədən göndəririk, onlar özlərininkini göndərirlər və idxal mərhələsində proses asanlaşır”, – komitə rəhbəri qeyd edib.
Badasyanın sözlərinə görə, konkret vəziyyətdən asılı olaraq, həll yolları çox fərqli ola bilər: “Məsələn, ölkələr əlavə riskləri neytrallaşdırmaq üçün əvvəlcədən skan edilmiş şəkilləri mübadilə edə bilərlər. Müasir rəqəmsal platformalara əsaslanan başqa həllər də var”.
Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 24-də bəyan etmişdi ki, İrəvan Bakıya (Zəngəzur dəhlizi üzərindən) Naxçıvanla əlaqə üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurları üçün mexanizmlər təklif edir.
Polise.az