Ərdoğan Trampı TƏBRİK ETDİ
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanan Donald Trampı təbrik edib.
Polise.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
“ABŞ-da keçirilən prezident seçkilərində güclü mübarizə nəticəsində yenidən prezident seçilən dostum Donald Trampı təbrik edirəm,” – deyə Türkiyə liderinin “X” sosial şəbəkəsindəki hesabında yayımlanan açıqlamada bildirilib.
Dövlət başçısı ABŞ xalqının iradəsi ilə başlanan bu yeni dövrdə Türkiyə-ABŞ münasibətlərinin güclənəcəyinə və ilk növbədə Fələstin məsələsi və Rusiya-Ukrayna münaqişəsi olmaqla, regional və qlobal böhranlara və müharibələrə son qoyulacağına ümid etdiyini ifadə edib.
Türkiyə prezidenti həmçinin seçkilərin nəticələrinin ABŞ xalqına və bütövlükdə bəşəriyyətə faydalı olmasını diləyib.
Polise.az