Son dəqiqə: Paşinyan saxlanılan Azərbaycan hərbçisi ilə bağlı qərarı açıqladı

Şəkidə saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev bir müddət Ermənistanda qalacaq.

Polise.az  xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində bildirib.

“Cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. İstintaq gedir, hazırda o, həbsdədir”, – Paşinyan deyib.

Mümkün mübadilə məsələsinə toxunan Ermənistanın baş naziri konkret cavab verməyib.

“Tutaq ki, biz onlara deyirik: saxlanılanlardan birini bizə qaytarın ki, biz də bu hərbçini qaytaraq. Bəs sabah bizim hərbçimiz onların tərəfinə keçsə, onda kimi verəcəyik?” – Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan hərbçisi Nəsimi Musayev Zəngəzurun Şəki kəndində baş verən insidentdən sonra saxlanılıb.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button