Rusiyaya belə sataşan olmamışdı – o bölgəni xəritədən sildilər

Moldovanın yeni inzibati xəritəsində Dnestryanı bölgə göstərilmədi – Kişinyov ölkənin ərazi bütövlüyünü bərpa etmədən Avropa İttifaqına inteqrasiya yolunu seçir

Moldovanın yeni inzibati-ərazi xəritəsində Dnestryanı bölgənin faktiki olaraq ölkənin inzibati strukturundan kənarda saxlanılması ciddi siyasi müzakirələrə səbəb olub. Söhbət 1992-ci ildən Kişinyovun faktiki nəzarətindən kənarda olan və ərazisində Rusiya hərbçilərinin yerləşdiyi separatçı rejimdən gedir.

Polise.az”Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, yeni xəritədə Dnestryanı bölgə rəngli ərazi kimi göstərilməyib, yalnız xəritənin yuxarı sağ hissəsində şəffaf punktirlə işarələnib.

Bu detal Moldovada hakimiyyətin ölkənin gələcəyi ilə bağlı siyasəti barədə suallar yaradıb. Moldova Sosialistlər Partiyasının deputatı Olqa Çebotari hakimiyyətdən soruşub: “Bəs ölkənin reinteqrasiyası necə olacaq?” Çebotari bildirib ki, Dnestrin sol sahilini nəzərə almayan inzibati-ərazi islahatı hakim PAS partiyasının ciddi siyasi siqnalı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Dnestryanı bölgənin ölkənin yeni inzibati strukturunda yer almaması həmin ərazidə yaşayan Moldova vətəndaşlarının gələcək statusu ilə bağlı haqlı suallar doğurur. Deputat tələb edib ki, yeni inzibati-ərazi islahatında Dnestryanı bölgənin rayonları, hətta ilkin mərhələdə formal şəkildə olsa belə, nəzərdə tutulsun.

Lakin Brüsselin mövqeyi Kişinyovun qarşısında başqa imkan açır. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Dnestryanı bölgə Moldovanın Avropa İttifaqına üzvlüyünə mane olmayacaq. Onun sözlərinə görə, bölgədə vəziyyət həssasdır və Kişinyovun sosial-iqtisadi reinteqrasiya səyləri vacibdir. Bununla belə, Dnestryanı məsələsi Moldovanın Aİ-yə daxil olmasının qarşısını almayacaq. Beləliklə, Brüsselin mövqeyi faktiki olaraq Kişinyova ölkənin ərazi problemini həll etmədən Avropaya inteqrasiya imkanını verir.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button