“Fit çalanların müdafiəsi haqqında” qanun?- EKSPERT DEPUTATLARA SƏSLƏNDİ

Tanınmış ekspert Sahib Məmmədov özünün sosial media platformasında maraqlı məsələyə toxunub. Söhbət “Fit çalanların müdafiəsi haqqında” qanunun müzakirəyə çıxarılmasından gedir. Yazır:” “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq.
2000-ci illərin əvvəllərdində Azərbaycan korrupsiyaya qarşı mübarizə çərçivəsində yeni qanunlar və təsisatlar yaratmağa başlamışdı. Həmin dövrdə bir sıra ixtisaslaşmış beynəlxalq qurumlarla əməkdaşlıq da var idi… Xarici ekspertlər bizlərlə də görüşürdü. İngilis dilində “Whistleblower Protection Law” adlanan qanunun hərfi mənada adı təxminən “Fit çalanların müdafiəsi haqqında qanun” kimi səslənir. O vaxt bu layihə qəbul olunmadı. Çoxsaylı obyektiv və subyektiv səbəblərə görə. İndi gündəliyə çıxarılıb. Alqışlayırıq. Amma biz elə hər gün dövlət vəsaitinin mənasız yerlərə sərf olunması ilə bağlı statuslar yazırıq. Məsələn, ayda bir dəfə bəzi küçələrin kiçik bir hissəsinə köpük töküb gedirlər. Adı da koronovirusa qarşı mübarizədir. Dünyanın heç bir yerində belə bir şey yoxdur. 2020-ci ildə koronovirus təzə başlayanda Çində və bəzi ölkələrdə küçə və səkilərə dezinfeksiya edən məhlul çilədilər və tezliklə bəlli oldu ki, tam mənasızdır. Amma bu bizimkilərin əlinə əla fürsət verib… Mən ehtimal edirəm ki, bu işdə nəsə fit çalınası hal var. Qanun qəbul olunmamış fit çalıram. Mükafat da istəmirəm. Buyurun…”.
Polise.az



