Ağdaşda narkotik vasitə və spirtli içki qəbul edib avtomobil idarə edən 13 sürücü barəsində qanunamüvafiq tədbir görülüb

Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin
təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edərək özləri ilə yanaşı
digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücülər
müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlər
zamanı narkotikin təsiri altında 9, spirtli içki qəbul edib nəqliyyat vasitəsi
idarə edən 4 sürücü saxlanılıb. Araşdırma zamanı onlardan bəzilərinin
sürücülük hüququnun olmadığı da məlum olub.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button