Bəxtiyar Paşa Baş Qərargah rəisi olsun – Millət vəkili

Demokratik ölkələrdə orduya mülki nəzarəti təmin etməyin ən yaxşı üsulu müdafiə nazirinin mülki şəxs olmasıdır. Baş Qərargah rəisinin hərbçi olması yetərlidir. Bundan başqa Silahlı Qüvvələrə​ güclü​ parlament nəzarəti təmin edilməlidir. Çox təəssüf ki, bizdə “Silahlı Qüvvələr haqqında” Qanuna görə yalnız Ali Baş Komandanın belə bir səlahiyyəti var.

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.

“Çox istərdim ki, müdafiə naziri mülki şəxs, Baş Qərargah rəisi isə Azərbaycan vətəndaşlığını qəbul etmiş general​ Bəxtiyar Ərsay olsun. O özünü yaxşı mənada​ təsdiq etmiş generaldır, xalqımızın ona böyük etimadı var və orduda islahatları həyata keçirmək gücündədir. “Tərtər hadisələri” deyilən, orta əsrlərə xas qanlı cinayətlər​ və 44 günlük savaş ordumuzun rəhbərliyində ciddi struktur və kadr islahatlarının​ həyata​ keçirilməsini, əslində ordunun və məhkəmə sisteminin yenidən qurulmasını​ qaçılmaz etmişdir. Azərbaycanda ən müasir silahlarla təmin olunmuş, yüksək hazırlıqlı və təminatlı​ peşəkar ordu qurulmalıdır”, – o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button