Bakı Beynəlxalq Qısa Film Festivalına qəbul başlayıb

11-15 noyabr tarixlərində Bakıda keçiriləcək 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb.

Bu barədə  festivalın mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, festival üç istiqamətdə (Beynəlxalq, Yerli və “Cinemobil”) təşkil ediləcək.

Beynəlxalq müsabiqəyə həm yerli, həm də əcnəbi rejissorlar 30 dəqiqədən çox olmayan bədii, sənədli və animasiya filmləri ilə qatıla bilərlər. Filmlərin son qəbul tarixi 5 sentyabr nəzərdə tutulub.

Yerli müsabiqəyə isə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar göndərilə bilər. Burada isə son tarix 20 sentyabrdır.

Onlayn formada keçirilməsi nəzərdə tutulan “Cinemobil” müsabiqəsinə isə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlərini təqdim edilməlidir.

Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır.

Hamısını Göstər

Related Articles

Back to top button