Bakıda məhkumun azadlıqda olarkən basdırdığı avtomat aşkarlandı

Ədliyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyinin birgə əməliyyatı nəticəsində Bakının Şüvəlan qəsəbəsindəki köhnə tikilidə silah aşkarlanıb.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Polise.az



