Baş prokurorluqda Avropa İttifaqının nümayəndə heyəti ilə görüş keçirilib

İyunun 1-də Baş Prokurorluqda Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) sahəsində Risklərin Yumşaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub Şərq və Şərqi Avropa katibliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən  Polise.az -a bildirilib ki, görüş zamanı qeyd olunan katibliyin regional koordinatoru Talqat Talubayev görüşə görə minnətdarlığını bildirərək Kimyəvi və Bioloji Cinayətlər üzrə Prokurorun Bələdçisi təlimat kitabçasının təqdimatını keçirib.

Sözügedən Təşəbbüs çərçivəsində ölkəmizin də qoşulduğu layihələrin gedişatı, icra vəziyyəti və əldə olunmuş nəticələr, o cümlədən KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi barədə faydalı təcrübə mübadiləsi aparılıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button