“Beynəlxalq təşkilatlara azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat göndərilib”


İşğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda məftil və kəndirlərdən istifadə olunmaqla əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insana aid qalıqların tapılması ilə bağlı ombudsmanın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətdə həmin insan qalıqlarının azərbaycanlı hərbi əsirlərə aid olduğu və onların işgəncə verilərək qətlə yetirildiyi diqqətə çatdırıb.

Polisə.az xəbər verir ki, bu sözləri parlamentdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi təqdim edən ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, ötən dövr ərzində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarında ombudsman tərəfindən faktoloji araşdırmalar həyata keçirilmiş, əldə olunmuş materiallar əsasında xüsusi hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndərilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button